Qubanın icra başçısı İlqar Mahmudov vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 25 iyun tarixində məlumat verir.
Görüşdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Qamqam kəndinin mərkəzində inşa edilmiş Şəhidlər xatirə-bulaq kompleksi və Qamqam kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Abdullayev Mübariz Beydulla oğlunun büstü ilə tanış olub.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.