Bu gün Qusar Mediasiya Təşkilatı (QMT) Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Quba filialında görüş keçirib. Bu barədə ShimalNews 24 iyul tarixində QMT-yə istinadən məlumat verir.
Tədbirə təşkilatın rəhbəri Radik Kazımov, təşkilatın Quba üzrə mediatoru Azər Əliyev və ADRA-nın əməkdaşları cəlb olunublar.
Burada mediasiyanın mahiyyəti və məqsədləri haqqında məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.