Quba rayonunun Qımıl kənd sakinlərinin tibbi müayinəsi həyata keçirilib. Bu haqda 6 iyun tarixində ShimalNews TƏBİB-yə istinadən xəbər verir.
Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən ibarət briqada səyyar həkim qəbulunda iştirak edib. Pediatr, laborant, mama-ginekoloq, terapevt, cərrah tərəfindən qan analizləri alınıb və nəticələrə uyğun olaraq müalicə təyin olunub.
Kəndlərdə keçirilən bu cür tədbirlərin əsas məqsədi ahıl və həssas qrup insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, TƏBİB-nin və İcbari Tibbi Sığortanın yaratdığı imkanlarla bağlı maarifləndirmə işləri aparmaqdır.