Qubada qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb. Bu haqda ShimalNews 11 iyul tarixində DİN-ə istinadən məlumat verir.
Quba RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə yoxlama aparılıb. Gültəpə kənd sakini Əlövsət Muradovun kömür istehsalı ilə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunub. Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb. Aşkarlanmış quyu isə ləğv olunub.