Moskvada - Qubadan olan iş adamlarına məxsus ən böyük bazarlardan birində yanğın başlayıb. Bu haqda 13 iyun tarixində ShimalNews məlumat verir.
Şahidlərin məlumatına görə, yanğın “Sadovod” bazarındakı pavilyonların birində qeydə alınıb.
Həmin ticarət mərkəzi Qod Nisanov və Zarah İliyevə məxsusdur. O, 40 hektardan çox ərazini əhatə edir.
Hələ ki, insanlar öz gücləri hesabına alovun qarşısını almağa çalışırlar. Görüntüləri oxucularımıza təqdim edirik: