Qubada 41 il əmək stajı olan muzey işçisi Fəxri Fərmanla mükafatlandırılıb. Bu haqda ShimalNews 9 iyul tarixində məlumat verir.
Tarix-Diyarşünaslıq Muzeyində uzun illər çalışan Aida Əsgərovanın 65 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə muzey əməkdaşları ilə yanaşı, təqaüddə olan muzey işçiləri də iştirak ediblər. Əsgərova göstərdiyi səmərəli əmək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edilib. Həmçinin ona MİHİ Quba rayon Komitəsinin sədri adından Fəxri Fərman təqdim edilib.