Qubada Baş prokuror Kamran Əliyev vətəndaşların qəbulunu keçirəcək. Bu barədə ShimalNews 29 iyul tarixində məlumat verir.
Qəbul cədvəlinə uyğun olaraq, görüş 4 avqust tarixində baş tutacaq. Baş prokuror Quba, Qusar, Xaçmaz rayon sakinləri ilə görüşərək, onları narahat edən məsələləri dinləyəcək.