Qubada icra başçısı İlqar Mahmudov vətəndaşlarla səyyar görüş keçirəcək. Bu barədə ShimalNews 1 iyul tarixində məlumat verir.
Tədbir iyulun 4-də Amsarqışlaq kənd tam orta məktəbinin binasında keçiriləcək. Qəbulda Zərdabi, Barlı və Bağbanlı qəsəbələrinin və Amsarqışlaq kəndinin sakinləri iştirak edəcəklər.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.