Quba polisi keçirdiyi əməliyyat zamanı dələduzluq edən Şaiq Həşimovu tutub. Bu barədə ShimalNews 22 fevral tarixində məlumat verir.
Saxlanılan şəxs rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb. Onlardan küllü miqdarda pullar alınıb.
Polis şöbəsinə daxil olan məlumat əsasında Şaiq Həşimov barəsində araşdırmaya başlanılıb. Eləcə də onun Əməkdar artist Aybəniz Haşımovanın qardaşı olduğu məlum olub.