Qubada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda toplantı keçirilib. Bu barədə ShimalNews fevralın 3-də Quba Fizika Riyaziyyat və İnformatika təmayüllü liseyə (FRİTL) istinadən məlumat verir.
Tədbir 2 Fevral - Azərbaycan Gəncləri Günününə həsr olunub. Konfransın sonunda ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gəncə fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Mükafatlananlar arasında QFRİTL-in şagirdləri Gülay Məmmədova və Sadiq Mahmudov icra başçısı Ziyəddin Əliyev tərəfindən, “Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İB-nin üzvü Hamiyyə Məmmədsalayeva və Sadiq Mahmudlu Quba Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.
[caption id="attachment_36013" align="alignnone" width="640"]
Foto QUBA FRİTL[/caption]