Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarını pozan məmur cəzalandırılıb. Bu barədə ShimalNews 14 iyul tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Möhüc kəndində İctimai Təhlükəsizlik İdarəsi yoxlamalar keçirib. Nəticədə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilmədiyi aşkar olunub.
Həmin kənd bələdiyyəsinin sədri İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduğuna görə ona qarşı inzibati tənbeh tədbiri tətbiq olunub.