Qubada ana ölümləri ilə bağlı komissiya yaradılıb. Bu haqda ShimalNews 8 iyul tarixində Apa-ya istinadən məlumat verir.
Bütün ana ölümləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti komissiyası tərəfindən araşdırılır və nəticəyə əsasən, müvafiq tədbirlər görülür.
Hazırda Birliyin tabeliyindəki Quba Perinatal Mərkəzində komissiya təşkil olunub, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər verilib.