Quba rayonunda ticarət obyektlərinin birində nöqsanlar müəyyən olunub. Bu barədə ShimalNews 29 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Yoxlamaları keçirməkdə məqsəd istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsidir. Agentlik tərəfindən aparılan monitorinq zamanı Alekseyevka kəndində yerləşən "Səda" marketində qanun pozuntusu aşkar edilib. Burada obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi məlum olub.