ADPU-nun Quba filialının tələbəsi Kopenhagen Universitetində təhsil almaq hüququ qazanıb. Bu haqda ShimalNews 13 iyul tarixində təhsil ocağına istinadən məlumat verir.
Asiman Ramazanova Erasmus KA1+ proqramı ilə Danimarkada dövlət xətti ilə təhsil alacaq. Asiman Humanitar və sosial elmlər fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsidir.
"Ailəmdə heç kimin ali təhsili yoxdur, buna görə də mənim ali təhsilli olmağımı istəyirdilər, ADPU-nun Quba filialı mənim arzularımın reallaşdığı, mənə dünyanın qapılarını açan məkan oldu. Etimadı bundan sonra da doğruldacağıma inanıram," - Asiman Ramazanova bildirib.