Qubada yaşlı qadının zinət əşyaları oğurlanıb. Bu haqda ShimalNews 21 iyul tarixində DİN-ə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, iyulun 18-də rayon ərazisində yaşayan, yataq xəstəsi olan qadının qızıl sırğa və üzüyü soyğunçuluq yolu ilə talanıb.
Keçirilən əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əhməd Məstanov müəyyən olunub. 49 yaşlı 2-ci Nügədi kənd sakini saxlanılıb.
Araşdırma aparılır.