Quba rayonunda uşaq ağacdan yıxılıb. Bu barədə ShimalNews 17 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Hadisə rayonun Amsar kəndində baş verib. 6 yaşlı Rinad Enbalayev qol sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi bildirib ki, uşağın müalicəsi davam etdirilir. Onun qoluna sarğı bağlanıb.