Qubada "Yay məktəbi" təşkil edilir. Bu haqda ShimalNews 6 iyul tarixində ADPU-nun Quba filialına istinadən məlumat verir.
24-29 iyul tarixlərində baş tutacaq tədbir Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib. Yay məktəbində həm yerli, həm də xarici təlimçilər mühazirələr deyəcəklər. Təlimi uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək.
Yay məktəbi müddətində iştirakçılara təlimlə yanaşı, Qubanın, Qusarın əsrarəngiz məkanlarında, təbiət qoynunda gəzintilər, intellektual yarışlar, yerli və xaricdən qatılmış iştirakçılarla tanışlıq təşkil ediləcək, hədiyyələr təqdim ediləcək.
Təlimlərə qatılmaq istəyən şəxslər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.