Qubada uşaqlar evdə bağlı qapı arxasında qalıblar.
ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə İkinci Nügədi kəndində baş verib. Qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Xilasetmə tədbirləri nəticəsində 3 uşaq və 1 böyüklə birlikdə 4 nəfər çıxarılıb. Onlara müvafiq köməklik göstərilib.