Sabah Qubanın bır sıra ərazilərində qaz təminatında fasilə yaranacaq. Bu barədə ShimalNews 9 iyul tarixində məlumat verir.
Nügədi kəndində istismarda olan qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar olaraq, iyulun 11-də saat 10:00-dan etibarən işlər tamamlanana qədər qaz təchizatı dayandırılacaq. Həmin müddətdə ümumilikdə 185 abonentin qaz təminatında fasilə yaranacaq.