Qusar–Quba istiqamətindəki yolda piyada sürücüyə stres yaşadıb. Bu haqda ShimalNews 12 aprel tarixində “Avtosfer”a istinadən məlumat verir.
Hadisə havanın qaranlıq vaxtında qeydə alınıb. Sürücünün iddiasına görə, sərxoş piyada öncə yolun ortasında oturub, daha sonra isə ayağa duraraq ərazidən keçən avtomobillərə təhlükə yaradıb.
Sürücülərdən biri həmin yolla geri dönərkən öncədən həmin şəxsi yolda gördüyünə görə daha ehtiyatlı olub və gördüklərini videoya çəkib.
[video width="1280" height="720" mp4="https://shimal.news/storage/photos/2024/04/1712846464.mp4"][/video]