Qusarda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə ShimalNews 21 sentyabr tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.
Yasab, Bədişqala və İmamqulukənd kəndləri ərazisində 3 baş qoyun oğurlanıb. Polis əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Quba rayon sakinləri Ə.Məmmədov və R.Ağacanov şübhəli şəxs kimi saxlanılıblar. Məlum olub ki, onlar əvvəllər də məhkum olublar.