top
Qayınatasını öldürüb maşınla üstündən keçmişdi - 20 il həbs verildi
14 oktyabr 2025, 12:30
- +

Qayınatasını öldürüb maşınla üstündən keçmişdi - 20 il həbs verildi

Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhddə təqsirləndirilən 30 yaşlı Elbrus Şeydayevin məhkəməsi başa çatıb.

Qafqazinfo.az-ın məlumatına görə, o, Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, ötən il sentyabrın 13-ü Şamaxıda baş vermiş hadisədən əvvəl Elbrus həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib və mediator təyin edilib. Qətldən bir gün əvvəl isə o, yoldaşının cehizlərini özü maşına yığaraq qayınatasıgilin evinə aparıb. Həmçinin bu hadisələrdən öncə həyat yoldaşı Elbrusu tərk edərək atası evinə gedibmiş.

O da qeyd edilib ki, Elbrusla xanımı bir neçə il əvvəl evlənsələr də, övladları olmayıb. Bu səbəbdən ailədə söz-söhbətlər yaranıb və həyat yoldaşı evi tərk edib. E.Şeydayev isə bu məsələdə və ailəsində digər söz-söhbətlərin yaranmasında 39 yaşlı qayınanası Püstəni günahkar bilib. O, hər dəfə qayınanasının ailəsini dağıtdığını deyirmiş.

Qətlin törədildiyi gün isə Elbrus Şeydayev səhər saatlarında qayınanası Püstə ilə qayınatası Əlağanın işə getdiklərini bilərək onları izləyib. O, Əngəxərnan kəndində yol kənarında onlara hücum edib. Əvvəlcə 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirib. Daha sonra isə maşını ər-arvadın üstünə sürərək onların ölməsinə əmin olmaq istəyib. Bu zaman Ə.Hüseynov avtomobilin təkəri altında qalaraq həlak olub, P.Hüseynova isə zərbədən yayınaraq sağ qalıb. O, xəstəxanaya çatdırılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elbrus Şeydayevə 20 il həbs cəzası verilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:19

Qəbələdə qədim şəhərin Qala ərazisində saray tipli bina aşkarlanıb

Cəmiyyət
Bu gün, 15:41

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı: "Kim tənqid edir, özü bilər"

Cəmiyyət
Bu gün, 15:06

Şimalda Anım Gününə həsr olunan qanvermə aksiyası keçiriləcək

Cəmiyyət
Bu gün, 14:00

Xaçmaz RİH-də kadr dəyişikliyi

Cəmiyyət
Bu gün, 13:10

Pensiyalar sabah tam ödəniləcək

Hadisə
Bu gün, 12:25

Qusarlı gənc dənizdə batıb

Hadisə
Bu gün, 12:05

Ağdaşda tanınan iş adamının nəvəsi qadını yaralayıb

Hadisə
Bu gün, 11:07

Xızıda qohumunu bıçaqlayan şəxs azadlığa buraxıldı

Cəmiyyət
Bu gün, 10:16

Quba-Xaçmaz yolunda yeni nişanlanma xətti narazılıq yaradıb

Hadisə
Bu gün, 09:25

Oğuzlu 23 yaşlı gənc iş yoldaşını bıçaqladı

Hadisə
Dünən, 16:16

500 manatlıq oğurluqdan sonra toyuq "əməliyyatı": Şabranda maraqlı hadisə

Cəmiyyət
Dünən, 00:01

Azərbaycanın Şanlı Zəfəri – Dövlət Suverenliyi Günü qeyd olunur

Cəmiyyət
19 sentyabr 2026, 19:15

Bu günün tarix yazanları - Şimallı şəhidlərimiz

Siyasət
19 sentyabr 2026, 18:01

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

İdman
19 sentyabr 2026, 17:04

Qusarlı idmançı: "Sürücü işləyirəm, amma təslim olmuram"

İqtisadiyyat
19 sentyabr 2026, 16:10

Günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat sığorta ödənişi edilib

Cəmiyyət
19 sentyabr 2026, 15:10

Xaçmazın illərdir təmir gözləyən kənd yolları

Cəmiyyət
19 sentyabr 2026, 14:20

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Cəmiyyət
19 sentyabr 2026, 13:10

Qubada məscid dağılmaq üzrədir: təmirə isə icazə verilmir

Cəmiyyət
19 sentyabr 2026, 12:20

Şəkidə selə qarşı hazırlıq başladı

Cəmiyyət
19 sentyabr 2026, 11:23

Bir sutkada qazanılan tarixi Zəfər

Cəmiyyət
19 sentyabr 2026, 10:20

Özbəkistanlı qadın xaçmazlı kişidən şikayətçidir: "TikTok"da tanıdım, hamilə qaldım, pul aldı

Hadisə
19 sentyabr 2026, 09:21

Qax səhəri qəza ilə açdı: 4 nəfər yaralandı

Cəmiyyət
19 sentyabr 2026, 01:03

"Aztelekom"un ağacdələn və sincab macərası – Qubada internet düzəlmir

Oxşar xəbərlər