Qax rayonu Qaradolaq kəndində yanğın hadisəsi qeydə alınıb.
Unikal.az-ın məlumatına görə, kəndin kol-koslu ərazisində yanğın meydana gəlib.
Nəticədə 250 kv.m sahədə quru ot və kol-kos alışıb. Yaxınlıqda yerləşən 52 yaşlı Elşən Maarif oğlu Namazova məxsus kafe də tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Əraziyə Qax rayon YMH-nin yanğınsöndürənləri cəlb olunublar.