Qax rayonunun Əmbərçay kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 108 m² olan tövlə və damında yığılan 7 ton ot bağlaması yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub. Yanğın söndürülüb.