Qusar rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunacaq.
ShimalNews müəssisəyə isitnadən xəbər verir ki, tədbir sentyabrın 9-u saat 10:00-dan başlayaraq 16:00-a kimi keçiriləcək.
Aksiyanın məqsədi qan donorluğuna ehtiyacı olan talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
İştirak etmək istəyən hər kəs aksiyaya dəvətlidir.