top
Qadın çay evinin sahibəsi: “Bu mənim arzum idi”
16 noyabr 2024, 16:55
- ↺ +

Qadın "çay evi"nin sahibəsi: “Bu mənim arzum idi”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəmizdə fəaliyyət göstərən çayxanaların böyük əksəriyyəti kişilər üçün nəzərdə tutulub və müştərilərin də demək olar ki, hamısını onlar təşkil edir. Çayxanalarda qadın müştəriləri görmək müşkül məsələyə çevrilib və nadir hallarda bu mənzərə ilə qarşılaşmaq olar. Amma bu gün sizə Xaçmazda qadınlar üçün açılan çayxanadan danışacağıq.

Shimal.News-un əməkdaşı “Qadın çay evi” adlı kafenin sahibi Firəngiz Pirverdiyeva ilə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

- Firəngiz xanım, öncə özünüz haqqında danışın. 

- Mən Firəngiz Fərhad qızı Pirverdiyevayam. 1979-cu ildə Xaçmaz rayonunda anadan olmuşam. Çox kasıb ailədə yaşadığım üçün iş qadını olmağı qarşıma məqsəd qoymuşdum.

- Neçə ildir iş qadını kimi fəaliyyət göstərirsiniz?

- Artıq 12 ildir ki, iş qadınıyam. İlk fəaliyyətə gözəllik salonunda başlamışam. Çox kasıb bir ailədə gəlin idim, heç kimin köməyi olmadan bu yerə gəlmişəm. Düşünün ki, adi bir şey almağa belə pul yox idi.

- Öncə hansı sahə üzrə çalışmağa başladınız?

- Belə bir arzum var idi. Çünki qadınların rahat oturub, dincələ biləcəyi yerlər yox idi. Artıq çalışmaq lazım olduğunu düşündüm və bunun üçün bir gözəllik salonunu kirayəyə götürdüm. Salonun avadanlıqlarını belə bir nəfərdən nisyə götürmüşdüm. Yavaş-yavaş salonda müştərilərim artdı, insanların sayı çoxaldı. Hamı bu obyekti tanımağa başladı. Qazandığım pulu qənaətlə xərcləyib illərlə yığaraq, istədiyim işi qurdum.

- Gözəllik salonunu qadınlar üçün xüsusi bir çayxanaya çevirmək ideyasını necə tapdınız?

- Xanımlar üçün çayxana açmağı da əvvəldən düşünürdüm. Sadəcə buna gücüm çatacağına inanmırdım. Qadınlar üçün gözəllik salonu açdım. Yavaş-yavaş tanınmağa başladım. Amma bir gün elə oldu ki, mən salonun yerini dəyişmək məcburiyyətində qaldım. Yeni kirayə götürəcəyim obyekt çox böyük və kirayə pulu yüksək idi.

Artıq qarşıma məqsəd qoydum. Çünki obyekti götürməyə məcbur idim. İşimi davam etdirməliydim. Düşündüm ki, borc, xərc edib arzuladığım ticarəti qurum və Xaçmazda qadınlar üçün çayxana açım. Bu mənim arzum idi. Gerçəkləşdirməyə çalışdım.

- Bəs, sonra nə oldu?

- Banklara müraciət edərək kredit götürdüm. Bu vəsaitlə obyekti təmir etdirməyə başladım. Elə bir yeri təmir edib kafe açdım ki, obyektin sahibi videoya baxıb ağlamışdı. Belə bir işi ərsəyə gətirəcəyimə inanmırdı. Amma mən obyektin sahibinə demişdim ki, buranı satma. Bu qədər əziyyət çəkmişəm.

- Açılış nə zaman oldu?

- 2023-cü ilin sentyabrın 2-si hazır oldu, 3-ü açılış etdik. Müştərilərim çox idi. Gələnlər çox bəyənirdilər. Rayon arasında hamı bu kafedən danışırdı. Qadınların gəzmək yeri olmuşdu. Məktəblilər, valideynlər, müəllimlər tez-tez gəlirdi. Dövlət tərəfindən müqaviləm, aparatlarım hamısı qaydasında idi.

- Bəs, nə üçün bağlandı?

- Noyabrın əvvəli gəlib mənə dedilər ki, obyekt satılıb. Təsəvvür edin, iki aydır açılış etmişəm. Çoxlu sayda müştərilərim var və mənə gəlib deyirlər ki, bura satılıb. Necə bir şey olduğunu indi siz təsəvvür edin.

Bundan əvvəl işlətdiyim gözəllik salonunun qarşısında məktəb var idi. İmtahan keçirilirdi, kişilər çayxanada otururdular. Qadın ayaq üstə qalmasın deyə içəri dəvət edirdim. Həmişə belə vəziyyətdə deyirdim ki, imkanım olardı, arzum olan kafeni açardım. Qadınlar gəlib rahat oturardılar.

- Yenidən obyekti dəyişməli oldunuz...

- Obyekt satıldığı üçün başqa əraziyə köçdüm. Borc, xərc daha da artdı. Çünki mənə möhlət vermədilər. Xeyir götürmədən ziyana düşdüm. Yeni köçdüyüm ərazidə də tanındım. Məktəblilər bayramları, ad günlərini keçirtmək üçün tez-tez gəlirdilər. Hətta uşaqlar üçün balaca otaq düzəldib, kinoteatr zalı açmışdım.

- İşinizi niyə davam etdirmədiniz?

- Köçdüyüm obyekti yenidən qura bildim. Hər bir şəraiti yaratdım. Amma istilik sistemləri yaxşı deyildi. Su gəlmirdi. Kirayə pulu çox idi. Bu işdə mənə kömək edə biləcək bir  xanım axtarırdım. Amma tapa bilmədim. Maliyyə cəhətdən dəstəyə ehtiyacım var.

- Kafeyə kişilərdən gəlmək istəyənlər olurdumu? 

- Bəli, olurdu. İçəri girmək istəyəndə çölə çıxıb “Bura yalnız xanımlar üçün nəzərdə tutulub” deyirdim. Bu cümlə mənə çox gözəl təsir edirdi.

- Hazırda kafedə vəziyyət necədir?

- İşləri dondurmuşam. Çünki maliyyə lazımdır. Şərik olacaq adam tapmıram. İstəyərdim ki, bu arzumu yenidən canlandırım.

Xaçmazda qadınlar üçün açılan çayxana

Fidan İlqar

 

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər