Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev maraqlı çıxışı ilə diqqət çəkib.
Shimal.News xəbər verir ki, prezident əslən Şəkidən olan Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadədən sitat gətirib:
"Türkün türklə ədavətə haqqı yoxdur," - deyə prezident vurğulayıb.