Bu gün Prezident İlham Əliyev Şabran rayonuna səfər edib. Bu barədə ShimalNews 29 dekabr tarixində Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Prezident, birinci xanım Mehriban Əliyeva və onların ailə üzvləri "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.
"Şabran" İstirahət Kompleksi 12.6 hektar ərazidə yerləşir. Burada 7 mərtəbəli hotel, 30 kotec, kafe-restoran, uşaq düşərgəsi, inzibati bina, amfiteatr, üzmə hovuzu, uşaq hovuzu, cakuzi, oyun meydançaları, yerüstü avtomobil və avtobus dayanacaqları tikilib.