Oğuz rayonunun Söyüdlü kəndi ərazisində xoşagəlməz hal vətəndaşların qınağına səbəb olub.
Shimal.News-a daxil olan məlumata görə, Oğuz-Böyük Söyüdlü-Çaldaş avtomobil yolunun kənarına məişət tullantıları atılır.
Sakinlərin sözlərinə görə, ərazinin təmizlənməməsi və natəmizlik yaradan şəxslərin cəzasız qalması ekoloji fəlakətə şərait yaradır.