Bərdədən Oğuza qonaq gələn 59 yaşlı Qənirə Məhəmməd qızı Musayeva həmin evdə sirkə turşusu içib.
Shimal.News-un məlumatına görə, hadisə rayonun Baş Daşağıl kəndinin Malıx yaşayış məntəqəsində baş verib.
Ağır vəziyyətdə olan qadın Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.