top
Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı
05 sentyabr 2025, 16:32
- ↺ +

Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Xəyal Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın məlumatına görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Qax Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmü dəyişdirilib, onun 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 5 ay 28 günə endirilib.

İttihama görə, hadisə 08 iyun 2024-cü il tarixdə, saat 12:30 radələrində Qax şəhərində baş verib.

Belə ki, təqsirləndirilən Xəyal Hüseynov özünə məxsus iş otağında heç bir əsaslı səbəb olmadan zərərçəkmiş Murad Səfərovla (soyadı şərtidir) mübahisə edib, nalayiq ifadələr işlədib, daha sonra xuliqanlıq niyyəti ilə ona yumruq zərbələri endirib. Bir qədər sonra o, iş otağının qarşısında yenidən hücum edərək zərərçəkmişin sifət nahiyəsinə yumruq zərbələri vurub, onu arxa yıxaraq təpiklə xəsarət yetirib.

Zərbələr nəticəsində zərərçəkmiş Murad Səfərovun burun sümüklərinin qapalı yerdəyişən sınığı, üz sümüklərinin çoxsaylı qapalı sınıqları, baş-beyin silkələnməsi və digər xəsarətlər aşkarlanıb ki, bunlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olub.

Xəyal Hüseynov məhkəmədə ifadə verərək bildirib ki, Qax rayonu ərazisində çalışdığı ofisində Zəminə (adı şərtidir) xanım ona kömək edir və hər yardımına görə 5-10 manat zəhmət haqqı alır.

Onun sözlərinə görə, 08 iyun 2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində Murad sevgilisi Zəminə xanımı görmək üçün iş yerinə daxil olub. Qız isə bunu ona qadağan edib. Muradın içəri daxil olması zamanı Xəyalla onun arasında mübahisə yaranıb.

Xəyal qeyd edib ki, təqsirləndirilən şəxs əsəbiləşərək Muradın üz nahiyəsinə bir dəfə şillə vurub. Bu zaman Murad ona yumruq və təpik atıb, həmin yumruqlardan biri təqsirləndirilənin sol göz nahiyəsinə dəyib. Hadisənin davamında Muradın atdığı təpiklər təqsirləndirilənin sağ ayaq və sağ əl nahiyəsinə dəyib, Murad isə arxa tərəfə yıxılıb.

Qax Rayon Məhkəməsinin hökmü ilə Xəyal Hüseynov 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdi.

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər