Nazir müavini Anar Əliyev Quba və Qusar sakinlərini qəbul edib. Bu barədə ShimalNews 13 iyul tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
Görüş Quba şəhərində baş tutub. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
Nazirliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılıb, həmin məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.