Siyəzəndə itkin düşən gəncin axtarışları hələdə davam edir.
"Oxu.az" məlumatına görə, sentyabrın 6-da 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.
"Çay kənarında ayaq izlərinə rastladıq. Sonuncu dəfə orada çimərkən görüblər. Mən işdə olmuşam, telefonla zəng etdim, cavab vermədi. Maaş kartımdan pul göndərmişdim ki, borcu varsa versin. Kartdan-karta pul göndərmişdi, dedi ki, oyunda uduzmuşam", - itkin düşənin atası Kamal Məlikov bildirib.
Daha öncə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsinin yoxa çıxması barədə məlumat vermişdik.