Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov İsmayıllı şəhərində vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 14 iyun tarixində məlumat verir.
Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarından olan 16 vətəndaşın müraciəti dinlənilib. Onların hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.