top
Murovdağda şəhidlik zirvəsinə ucalan zaqatalalı qəhrəman
22 oktyabr 2025, 11:40
- ↺ +

Murovdağda şəhidlik zirvəsinə ucalan zaqatalalı qəhrəman

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qırx dörd günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında 21 yaşında şəhadətə yüksələn Orxan Fətəli oğlu Cumayev var.

Orxan 2000-ci il yanvarın 14-də Zaqatala şəhərində anadan olub. O, oktyabrın 30-da Murov dağı istiqamətində aparılan hərbi əməliyyat zamanı şəhid olub. Zaqatala şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Subay idi.

AZƏRTAC Cumayevlər ailəsini ziyarət edib.

Övladı barədə qürurla danışan şəhidin anası Rahilə Cumayeva deyir ki, Orxan uşaqlıqdan çox sakit, mehriban olub, gülər üzü ilə hamının xatirəsində qalıb. Məktəb illərində öz tərbiyəsinə görə sinifdə seçilən şagirdlərdən olub. Məktəbi bitirdikdən sonra əsgərliyə getmək üçün çağırış vərəqəsi gələndə hamıdan tez həkim müayinəsindən keçərək, sənədi Dövlət Xidmətinə təqdim edib. Xidmətdən ona deyiblər ki, “ayın 14-ü sənin 18 yaşın tamam olur, 15-i isə əsgərə getməlisən. Bəlkə səni növbəti çağırışa saxlayaq?”. Deyib ki, “yox, getmək istəyirəm”.

Şəhid anası söhbətinə davam edərək deyib: “Orxan Quru Qoşunlarında xidmət edirdi. Məzuniyyətə gələrkən onunla ciddi söhbət etdim. Başa saldım ki, əsgərlikdən gələndən sonra özünə bir yol seçməlisən. Dedi ki, “ana, bu günədək sən nə demisən, yox deməmişəm. Ancaq bu dəfə mən öz istəyimə uyğun hərəkət edəcəyəm. Seçimimi etmişəm, hərbidə qalmaq istəyirəm”. Onun hərbiyə həddindən çox marağı var idi, xüsusi təyinatlı dəstədə xidmət etməyə can atırdı. Fikirləşirdim ki, cılız, zəif uşaqdır, hərbidə çox aciz olacaq. Sonda oğlumun seçiminə hörmətlə yanaşaraq, ona öz xeyir-duamı verdim”.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Orxan arzusunu reallaşdıraraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmətə başlayır. İkinci Qarabağ müharibəsinin ilk günündən ön cəbhədə düşmənlə savaşan Orxan Cumayev elə həmin gün, sentyabrın 27-də başından yaralanır. Ona ilkin tibbi yardım göstərildikdən sonra yenidən öz istəyi ilə döyüşə atılır. Lakin günün sonunda aldığı yaranın təsirindən eşitmə və görməsində problem yaranan Orxanı təkidlə hərbi xəstəxanaya göndərirlər. Bir müddət müalicə aldıqdan sonra igid gənc yenidən döyüş bölgəsinə qayıdır.

Cəbhə yoldaşlarının sözlərinə görə, Orxan hospitaldan qayıtdıqdan sonra elə hey ön cəbhədə vuruşmağa can atırmış. Döyüş yoldaşları “bir dəfə yaralanmısan, sənə yüksək dağlıq ərazidə döyüşmək olmaz”, - desələr də, israr edirmiş ki, yoldaşlarının yanında olmaq istəyir.

Rahilə xanım danışdıqca kövrəlir: “Oktyabrın 24-ü mənə zəng elədi. Dedi ki, ola bilər, mən sizinlə bir müddət danışa bilmədim, narahat olmayın. Soruşdum, hara gedirsən, heç olmasa onu de. “Pəncərəmizdən baxanda başı qarlı dağları görürsən ha, bax ora” - dedi. Özümdən asılı olmayaraq qışqırdım ki, “sən Murova qalxırsan. Axı yaralısan, qan itirmisən, ora soyuq yerdir”. Dedi ki, “narahat olma, hər şey yaxşı olacaq. Özünüzə yaxşı baxın, bacıma yaxşı bax”. Son sözü bu oldu”.

Orxan və döyüşçü yoldaşları oktyabrın 24-də Murov dağının ən yüksək zirvəsinə qalxıblar. Oraya qalxanadək 3 erməni postunu ələ keçiriblər. 18 nəfərlik dəstə 3 qrupa bölünərək dağın zirvəsində döyüş mövqeyi tutublar. Düşmən pusqu quraraq oktyabrın 30-da onların olduğu yeri müəyyən edib və oranı minamyotla vurub, Orxan da daxil olmaqla, 6 döyüşçümüz şəhidlik zirvəsinə yüksəlib. Qəhrəman Vətən övladları canları bahasına olsa da, Murov dağının zirvəsini tərk etməyiblər. Orxanın nəşi noyabrın 2-də dağdan düşürülüb.

Rahilə ana oğlunun dəfnindən 3 həftə sonra Orxanın şəhid olduğu yerə gedib, onun və döyüşçü yoldaşlarının qaldığı çadırda olub, hərbçilərlə oğlu barədə danışıb. “Sanki o qanlı döyüşlər gözümün önündən keçdi. Uşaqlardan halallıq istədim. Dedim ki, siz mənim balamı o zirvədən düşürməsəydiniz, bəlkə də düşmənin əlinə keçə bilərdi”, - deyə əlavə edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Orxan Fətəli oğlu Cumayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Şəhidin ailəsi üçün dövlətimiz tərəfindən Zaqatala şəhərində fərdi yaşayış evi də tikilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər