top
Meyvə bağları və meşələr üçün ciddi təhlükə var
04 oktyabr 2024, 15:20
- ↺ +

Meyvə bağları və meşələr üçün ciddi təhlükə var

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son vaxtlar ölkəmizin bir sıra bölgələrində Amerika ağ kəpənəyi adlandırılan ziyanverici həşəratın yayılma ocaqları müşahidə edilir.

“APA”nın məlumatına görə, şimalın Xaçmaz, Quba, Şabran, Siyəzən rayonlarında, cənub bölgəsində (Astara, Lənkəran), Abşeron yarımadası və Bakı şəhərində təhlükə mənbələri var.

"Mübarizə tədbirləri il boyu aparılmalıdır. Bu tədbirlər vaxtında və düzgün həyata keçirilərsə, ziyanvericinin sayı və sonrakı qış ehtiyatının miqdarı kəskin surətdə azalar və kəpənək kütləvi çoxalmaq imkanından məhrum olar", - deyə Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Nuriyeva bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi sözügedən məsələ ilə bağlı açıqlamasında bildirilib ki, bu il temperaturun daha yüksək, yağıntının az olması ilə bağlı olaraq bu ziyanvericilərin sürətli artımı müşahidə edilir:

“Havalar soyuduqca, temperatur 10-15 dərəcəyə endikcə ziyanverici həşəratlar əlverişsiz şəraitə düşdükləri üçün məhv olurlar".

Məlumat üçün qeyd edək ki, Amerika ağ kəpənəyi - Hyphantria cunea meyvə bağları, dekorativ ağaclar və meşələr üçün ciddi təhlükə mənbəyidir. Ümumilikdə 250-dən çox ağac növünə ziyan vurmaq potensialına malikdir.Zərərvericinin ən əlverişli qidası tut, alma, armud, heyva, gavalı, gilas, qarağac, yunan qozu, palıd, üzüm və s. bitkilərin yarpaqlarıdır.

Vətəni Şimali Amerika olan bu ziyanverici düşdüyü iqlim şəraitinə tez uyğunlaşması, yüksək məhsuldarlığı, (yumurtaqoyma qabiliyyətinin yüksək olması), gizli həyat tərzi keçirməsi, ildə 2 nəsil verməsi və tırtıllarının çox yeyimcil olması ilə fərqlənir və ən təhlükəli karantin zərərvericiləri sırasına daxil edilir.

 

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər