Şabran və Siyəzən rayonlarında hava şəraiti pisləşəcək. “ShimalNews” xəbər verir ki, “sarı” xəbərdarlıq elan olunub.
Milli Hidrometeorologiya Xidməti bildirir ki, avqustun 26-dək fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Həmçinin qısamüddətli leysan xarakterli yağıntı olacağı və dolu düşəcəyi ehtimalı var. Çaylarda suyun səviyyəsi arta bilər.