top
Məhsul bol, qiymət sudan ucuz - Xaçmazda xurma bağlarda QALDI
03 dekabr 2024, 16:44
- ↺ +

Məhsul bol, qiymət sudan ucuz - Xaçmazda xurma bağlarda QALDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunda xurma yetişdirən fermerlər satış problemi ilə üzləşirlər. Rayonun ayrı-ayrı kəndlərindən olan təsərrüfat sahibləri bu meyvənin satışının çox zəif olduğunu bildirirlər.

Bizim.Media-nın məlumatına görə, yerində alverçilər bağlardan xurmanın bir yeşiyini 2-2.5 manata alırlar. Bu da meyvənin bir kiloqramının 20 qəpiyə, yəni dəyər-dəyməzinə satılması deməkdir.

Daxili bazarda da qiymət təxminən eynidir. Belə ki, yerli bazarda xurmanın bir kiloqramı 20-30 qəpiyə satılır.

Bu səbəbdən bəzi kəndlilər ucuz satıldığına görə məhsulu ağacdan yığmağa lüzum görmürlər. Ağacın dibinə tökülən meyvələr isə çürüyüb gedir.

Məsələyə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən münasibət bildirilib. Qeyd olunub ki, rayonda 749 hektar xurma sahəsi var:

“Hazırda xurma yığımı davam edir. İndiyədək rayonda 6924 ton məhsul yığılıb. Artıq yığım yekunlaşıb. Xurmaçılıq Xaçmazın kənd təsərrüfatında əsas sahələrdən deyil. Bu meyvəni kəndlilər əsasən öz həyətyanı sahələrində yetişdiriblər. Son illər fermerlər bu meyvənin satışı zəif olduğuna görə əkilməsinə çox önəm vermirlər, xurmadan daha gəlirli olan almanın və  gilasın daha məhsuldar sortlarını əkməyə üstünlük verirlər. Xurmanın ən bahalı növü olan Şişburun, həmçinin digər məhsuldar sortlar əsasən Göyçay və digər aran rayonlarında yetişdirilir və xarici bazarlara göndərilir”.

Qurumdan qeyd olunub ki, satış məsələləri özəl olduğu üçün qurum fermerlərə bu məsələdə müdaxilə etmir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Oxşar xəbərlər