Xaçmaz KOBİM tərəfindən "Biznes-plan və layihələrin hazırlanması" mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 11 iyul tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.
24 nəfərin iştirak etdiyi təlimdə bazarın araşdırılması, maliyyə planının hazırlanması və analizi, layihə risklərinin qiymətləndirilməsi ilə bağlı məlumat verilib.
Eləcə də biznes-plan anlayışı və ümumi strukturu, biznes-ideyanın yaranması, biznes-planın xülasəsi, sahibkarlıq subyekti, təşkilati planın hazırlanması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.