top
Kişi fındıq üstündə qardaşı arvadını dırmıqla yaraladı
09 dekabr 2025, 17:05
- ↺ +

Kişi fındıq üstündə qardaşı arvadını dırmıqla yaraladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatala rayonunun Aşağı Tala kəndində kişi fındıq kollarına görə qardaşı arvadını dırmıqla vurub.

Lent.az-ın məlumatına görə, 63 yaşlı kənd sakini Novruz Əhmədov (ad və soyad şərtidir) qardaşı arvadının ona məxsus bağdakı ağaclardan fındıq yığdığını görüb. O, əlindəki dırmıqla qadına yaxınlaşıb və qoluna vuraraq, xəsarət yetirib.

Nəticədə Novruz Əhmədov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Barəsində inzibati iş üzrə icraat aparılan Novruz Əhmədov ifadəsində bildirib ki, qardaşı ilə aralarında torpaq sahəsi üstündə mübahisə var:

"Qardaşım və arvadı mənə məxsus torpağa daxil olub fındıq yığırlar. Mübahisənin də əsasını bu təşkil edir. Mübahisə zamanı əlimdəki dırmıq zərərçəkənin qoluna dəydi. Amma sonra yenə həyətdən fındıq yığanda qolunda xəsarət görmədim".

Zərərçəkən qadın isə bildirib ki, Novruz Əhmədovun onun qoluna dırmıqla vurub xəsarət yetirməsi ekspert rəyi ilə təsdiqlənib. Novruzu bir şərtlə bağışlayar ki, torpaq iddiasından əl çəksin və onlardan üzr istəsin.

Zaqatala rayon Məhkəməsinin qərarı ilə Novruz Əhmədov barəsində 300 manat inzibati cərimə cəzası təyin olunub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər