Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə ShimalNews 7 iyul tarixində adıçəkilən quruma istinadən xəbər verir.
Görüş iyulun 21-i saat 09:00-da Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında keçiriləcək.
Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-676-48-49) müraciət edə bilərlər. Eləcə də “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.