top
Kənd məktəbliləri qızıl medalı hədəfə alıblar
27 mart 2025, 09:50
- ↺ +

Kənd məktəbliləri qızıl medalı hədəfə alıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz məktəbliləri Hüseyin Muradzadə və Elgün Məmmədov Məktəblilərarası fənn müsabiqələrinin ilk mərhələsində 100 % nəticə ilə yarımfinal turuna vəsiqə qazanıblar.

Azertag.az-ın məlumatına görə, 7-ci sinifdə oxuyan hər 2 şagird kənd məktəblərində təhsil alır.

Hüseyin Muradzadə Xaçmazın Hacıəbdürrəhmanoba kəndində yaşayır, təhsil almaq üçün isə qonşuluqdakı Palıdlı kənd tam orta məktəbinə gedir. Müsabiqədə riyaziyyat fənni üzrə biliyini sınayan balaca istedad 25 sualın hamısına doğru cavab verərək maksimum nəticə əldə etməyi bacarıb.

“Məktəbdə əlaçıyam. Bütün fənləri yaxşı oxuyuram. Bundan əvvəl də müsabiqələrdə iştirak etmişəm. Bu il isə riyaziyyat fənni üzrə müsabiqəyə qoşuldum. Suallar mənə görə çətin deyildi. Hamısına düzgün cavab verdim. Əvvəllər müsabiqələrdə finala kimi irəliləmişəm. Amma medal qazana bilməmişəm. Bu il qızıl medal qazanmaq istəyirəm”, - deyə Hüseyin Muradzadə söyləyib.

Balaca istedadın babası Hüseyin Muradov da nəvəsinin qızıl medal qazanacağına inanır:

“Mənim nəvələrim hamısı təhsilə maraq göstərirlər. Beş nəvəm artıq ali təhsil alıb və işləyir. İkisi hazırda təhsilini davam etdirir. Adımı daşıyan Hüseyin isə nəvələrim arasında ən istedadlılardandır. Onunla fəxr edirəm. Fikri ancaq təhsildə, dərs oxumaqdadır. İdmana da maraq göstərir. Finala çıxacağına və qızıl medal qazanacağına inanıram”.

Fənn müsabiqələrində maksimum nəticə göstərən Elgün Məmmədov isə Xaçmazın Bəyqışlaq kəndində yaşayır. O, Muxtar Osmanov adına Mehrəliqışlaq kənd ümumi orta məktəbinin şagirdidir. Kimya fənnini çox sevən Elgün gələcəkdə mühəndis olmaq istəyir:

“Fənn müsabiqəsində kimya fənni üzrə biliyimi sınadım. Bütün suallara doğru cavab verib yarımfinala vəsiqə qazandım. Finalda iştirak edib medal qazanmaq istəyirəm. Kimya maddələrin xassələrini, tərkibini öyrənən elmdir. Məndə bu fənnə marağı məktəbimizdə kimyanı tədris edən Jalə müəllimə oyadıb. Böyüyəndə kimya mühəndisi olmaq istəyirəm”.

Elgünlə yanaşı, Mehrəliqışlaq kənd ümumi orta məktəbin daha 3 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrində uğurla iştirak edərək növbəti mərhələyə keçib.

“Dörd şagirdimiz riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrində seçilib. Elgün onlar arasında ən yüksək nəticəni əldə edib - kimya fənni üzrə 100 %-lik nəticə. Çox istedadlı və intizamlı şagirddir. Elgünün özündə böyük istək var və qarşısına məqsəd qoyub. Bilirik ki, növbəti mərhələdə sualların çətinlik səviyyəsi artır. Amma Elgünün uğur və medal qazanacağına çox böyük ümid bəsləyirik”, - deyə məktəbin direktoru Pənah Ələskərov bildirib.

Ümumilikdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 619 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turuna vəsiqə qazanıb. Məktəblilərarası fənn müsabiqələrində isə şimal bölgəsindən 390 şagird uğur əldə edib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər