Dekabrın 6-da İsmayıllıda itkin düşən şəxs hələ də axtarılır.
Shimal.News xəbər verir ki, Sumqayıt şəhər sakini, 52 Faiq Qardaşxan oğlu Bəbişov rayonunda yaşayan atasının evindən çıxıb və onunla əlaqə kəsilib.
F.Bəbişovun əlamətləri: boyu 170 sm, gözlərinin rəngi şabalıdı, saçları sarımtıldır.
Onun harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.