İsmayıllıdan olan məktəbli “Əlaçı” televiziya layihəsinin Superfinalına vəsiqə qazanıb.
Shimal.News xəbər verir ki, müsabiqədə rayon üzrə 60 nəfər 10-11-ci sinif şagirdi iştirak edib. Onlardan iki nəfər seçilərək çəkilişlərə dəvət alıb.
Şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüsal Abdullayev layihəsinin seçim turun qalibi olub və Superfinala vəsiqə qazanıb.
Vüsal keçən tədris ilində Coğrafiya fənni üzrə Respublika Olimpiadası və Qərbi Azərbaycana Qayıdış Olimpiadasının qalibi olub.