İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndində taxıl sahəsi alışıb.
Shimal.News xəbər verir ki, 3 ha biçilmiş və 22 ha biçilməmiş taxıl sahəsi yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunub.