top
İsmayıllıda vəziyyət “Fəaliyyət” bölməsində donub qalır...
22 yanvar 2025, 11:50
- ↺ +

İsmayıllıda vəziyyət “Fəaliyyət” bölməsində donub qalır...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı Rayon İcra Hakimiyyətinin veb saytını araşdırarkən maraqlı bir məsələ ilə qarşılaşdım. Bu qurum ya möhtəşəm bir təvazökarlıq nümayiş etdirir, ya da sadəcə işləməməyi sənətə çevirib.

İcra hakimiyyətinin saytında 2022-ci ildən bu tərəfə illik hesabat yoxdur. Yoxsa, İcra Hakimiyyəti öz uğurlarını o qədər böyük görür ki, artıq xalqla paylaşmağa ehtiyac duymur? Bu özgüvən haradan qaynaqlanır, doğrudan da maraqlıdır.

Saytdakı "Fəaliyyət" bölməsinə daxil olduqda əslində fəaliyyətsizliklə tanış olursan. "İsmayıllı rayonunun fəaliyyətdə olan sənaye müəssisələri" adlı hissəyə girəndə məlum olur ki, 2017-ci ildən rayon ərazisində yeni sənaye müəssisəsi yaradılmayıb. Lakin qəribədir ki, ölkə başçısı son beş ildə dəfələrlə rayonda təməlqoyma və açılış mərasimlərində iştirak edib. Görünür, həmin müəssisələr icra hakimiyyəti üçün "görünməz sənaye" sahəsinə aiddir.

Turizm obyektləri ilə bağlı bölmə isə əsl şah əsərdir. 2017-ci ildən sonra rayonda tikilən otellər və mehmanxanalar nəinki qeyd olunub, heç "var" olduqları belə xatırlanmır. Bu qədər obyektin inşa edildiyi bir rayonda “fəaliyyətdə olan turizm obyektləri” siyahısında sükut hökm sürür. Bəlkə bu obyektlər yalnız seçilmişlərin görə biləcəyi, adi gözlə görünməyən obyektlərdir? Axı bu qədər "görünməz inkişaf" heç bir rayonda olmayıb.

Kənd təsərrüfatı bölməsində də 2017-ci ildən sonra hər şey donub. Sanki rayonun kənd təsərrüfatı sahəsində inkişaf deyil, artıq tarix yazılır. Yeni müəssisələrin yaranmaması, mövcud olanların inkişafına dair məlumatların olmaması ilə yanaşı, bu sahədə əsl bir zaman tunelində ilişib qalmışıq.

Sonuncu dəfə isə 2022-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıya qoyulan məqsədlərdən danışılıb. Amma görünən odur ki, 2023-cü ildə qarşıya qoyulan məqsədlər kağız üzərində o qədər möhtəşəm olub ki, onları gerçəkləşdirməkdən qorxublar.

İcra Hakimiyyətləri üçün "mənfi fəaliyyət" termini artıq ənənə halını alıb. Amma İsmayıllıda bu termini də təkzib etmək üçün əlindən gələni edirlər – sanki "heç bir fəaliyyət göstərməmək" bir strategiyadır.

Beləliklə, İsmayıllı Rayon İcra Hakimiyyəti, siz ya həqiqətən görünməz işlər görürsünüz, ya da bu qədər özünəinamla tarixə düşmək istəyirsiniz. Lakin unutmaq lazım deyil ki, bir gün bu "görünməz irəliləyişlərə" layiqli qiyməti veriləcək.

 

Davud Maqsudov

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Oxşar xəbərlər