İsmayıllı rayonunun Şəbiyan kəndində yanğın hadisəsi baş verib.
Shimal.News Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv.m olan tövlənin damı və onun daxilinə yığılan 6 ton ot bağlaması yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.