İsmayıllı rayonunun Kürdmaşı kəndində yanğın hadisəsi baş verib.
ShimalNews Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 60 kv.m olan tövlənin yanar konstruksiyaları, damına yığılan 6 ton ot bağlaması və həyətyanı sahədə 15 paqon m. kol-kosdan ibarət çəpər yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.