İsmayıllıda həkim-pediatr və ailə həkimi-terapevtdən ibarət briqadalar fəaliyyət göstərir. Bu haqda ShimalNews 29 iyul tarixində məlumat verir.
Qubaxəlilli kəndində ailə həkimi-pediatr Sevda Bağırlı uşaqları müayinə edib, onlardan bir qisminə yaş dövrünə uyğun peyvənd vurulub.
Yaradılan briqadalar qrafik əsasında Ailə Sağlamlıq Mərkəzinə yaxın olan həkim və tibb məntəqələrinə təhkim olunurlar. Məqsəd rayonun bütün yaşayış məntəqələrində yaşayan əhaliyə göstərilən tibbi xidmətə, o cümlədən uşaqların profilaktik peyvənd işlərinə və azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarəti gücləndirməkdir.