İsmayıllıda həkim-pediatr və ailə həkimi-pediatrlardan ibarət briqadalar fəaliyyət göstərir. Bu haqda ShimalNews 20 iyun tarixində məlumat verir.
Xanagah kəndində ailə həkimi-pediatr Jalə Bağırova uşaqları müayinə edib, onlardan bir qisminə yaş dövrünə uyğun peyvənd vurulub.
Yaradılan briqadalar qrafik əsasında Ailə Sağlamlıq Mərkəzinə yaxın olan həkim və tibb məntəqələrinə təhkim olunurlar. Məqsəd rayonun bütün yaşayış məntəqələrində yaşayan əhaliyə göstərilən tibbi xidmətə, o cümlədən uşaqların profilaktik peyvənd işlərinə və azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarəti gücləndirməkdir.